Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” adlı tədbir təşkil edilib

27.05.2024

27.05.2023-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyin Gədəbəy bölməsinin təşkilatçılığı ilə 28 May Respublika günü ilə əlaqədar "Respublika Günü Azərbaycan tarixinin şanlı səhifəsidir" adlı tədbir təşkil edilib. Tədbirdə Gədəbəy Aşıq Məktəbinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi Gədəbəy rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları da iştirak edib. Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon İdman Sektorunun müdiri Röyal İsmayılov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Daha sonra mövzu ətrafında Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyin Gədəbəy bölməsinin mütəxəssisi Cavid Dumanlı və Mərkəzin əməkdaşı Aybəniz Əsgərova da çıxış edərək qeyd edib ki, müstəqilliyimiz əldə olunana qədər xalqımız çox sınaqlardan keçib, xalqımızın əzmkarlığı və ordumuzun gücü sayəsində işğal altında olan torpaqlarımız azad edildi. Arzu edirik ki, müstəqilliyimiz daimi olsun, şanlı Azərbaycan bayrağı hər zaman zirvələrdə dağlansın. Sonda tədbir iştirakçları  "İstiqlal" adlı sənədli film izləyiblər.